Press "Enter" to skip to content

Millət vəkili seçicilərlə görüş keçirib

Millət vəkili seçicilərlə görüş keçirib

BAYRAQDAR MEDİA – Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev 36 saylı Xətai-Suraxanı seçki dairəsinin ərazisində seçicilərlə görüş keçirib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ƏHD Partiyası mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “görüşdə seçicilər qaldırılan bəzi məsələlərin həll olunmasına görə, millət vəkilinə minnətdarlıqlarını ifadə ediblər və bir sıra problemlərlə bağlı şikayətlərini səsləndiriblər. Onlar iş, abadlıq, uşaqlar üçün oyun meydançalarının olmaması, yol, ünvanlı sosial yardım, sahibsiz itlər, işıqlandırma, su çatışmazlığı və digər problemlərin həllini tapması üçün millət vəkilinin köməklik göstərməsini xahiş ediblər”.

Şikayətləri dinləyən millət vəkili qeyd olunan məsələləri aidiyyəti qurumlar qarşısında qaldıracağını və problemlərin həll olunmasına səy göstərəcəyini bildirib.

Mission News Theme by Compete Themes.