BAYRAQDAR MEDİA – Eskişehir Anadolu Universiteti Times Higher Education (THE) tərəfindən açıqlanan 2025-ci il Dünya Universitetlər Reytinqində həm Türkiyədə, həm də dünyada əhəmiyyətli uğurlara imza atıb.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Bildirilib ki, “beynəlxalq arenada sanballı mövqeyə malik THE, Anadolu Universitetini “Sahə Əsaslı Sıralamalarda” müvəffəqiyyətlə yerləşdirərək, elmi tədqiqat və təhsildə qurumun keyfiyyətini bir daha ortaya qoyub. Anadolu Universiteti səhiyyə və tibb, təhsil, sosial elmlər və iqtisadiyyat kimi sahələrdə diqqətəlayiq reytinqlər əldə edib. Tibb və Sağlamlıq sahəsində Türkiyədə 3-cü olan Anadolu Universiteti dünya sıralamasında 401-500 arasında yerləşib”.
Məlumata görə, universitet təhsil sahəsində Türkiyədə 4-cü, dünya sıralamasında isə 401-500 arasında yer alıb: “Anadolu Universiteti THE 2025 reytinqində Türkiyənin 111 universiteti arasında 13-cü, dövlət universitetləri arasında isə 6-cı yerdədir. Rektor Prof. Dr. Yusuf Adıgüzel bu uğurun əldə edilməsinin əhəmiyyətinə toxunaraq, “Bu nəticələr universitetimizin elmi araşdırmalarının, təhsilin keyfiyyətinin və beynəlxalq təsirinin göstəricisidir. Türkiyənin qabaqcıl universitetləri arasında yer almağımız akademik kadrlarımızın ixtisaslı elmi araşdırmalarının nəticəsidir”deyib”.