BAYRAQDAR MEDİA – Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) tərəfindən orta ixtisas təhsil müəssisələrinin rəhbərləri üçün təlimlərin keçirilməsinə başlanılıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya EATDA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “təlimlər orta ixtisas təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi və həmin müəssisələrə rəhbərliyi həyata keçirən şəxslərin peşəkar bacarıqlarının artırılması məqsədi ilə keçirilir”.
Sonra xəbərdə, “təlimin ilk günündə iştirakçılar kredit sistemi ilə tədrisin təşkili, tədris sənədlərinin hazırlanması, təcrübənin təşkili və digər məsələlərlə bağlı məlumatlandırılıb” deyə bildirilir.
Qeyd edək ki, orta ixtisas təhsilinin idarə olunması, insan resursları və hüquq, maliyyə savadlılığı, təhsildə keyfiyyətin təmin olunması, media və ictimaiyyətlə münasibətlər kimi müxtəlif mövzuları əhatə edən təlimlər 5 gün davam edəcək.