BAYRAQDAR MEDİA – ABŞ Prezidenti Donald Trampın Guantanamo dustaqxanasının işini bərpa etmək çağırışı bölgə ölkələrində də marağa səbəb olub.
Güney Amerikada yerləşən El Salvadorun Prezidenti Nayib Bukele ABŞ-yə öz ölkəsinin dustaqxanalarını icarə verməyə hazır olduqlarını bəyan edib.
“Biz ABŞ-yə öz dustaqxana sisteminin bir hissəsini xaricə daşımaq imkanı təklif etmişik. Biz bəlli bir məbləğ qarşılığında məhkum edilmiş cinayətkarları (ABŞ vətəndaşı olanlar da daxil) öz nəhəng dustaqxanamıza (CECOT) qəbul etməyə hazırıq. Ödəniş ABŞ üçün nisbətən aşağı həddə olacaq. Amma bizim üçün önəmlidir və dustaqxana sistemimizin dayanıqlılığını təmin edəcək”, – deyə Nayib Bukele özünün sosial media hesabında yazıb.
Əlavə edək ki, Prezident Nayib Bukele El Salvadorda qatı cinayətkarlığa qarşı sərt və effektiv mübarizəsi ilə tanınır.