BAYRAQDAR MEDİA – Denizli Böyükşəhər Bələdiyyəsinin sədri Bülent Nuri Çavuşoğlu heyvansevərlərin istəyinə tez cavab verərək həssaslığını bir daha nümayiş etdirib.
Bu barədə denizlikenthaber.com saytı məlumat yayıb.
Bildirilib ki, “Bələdiiyə sədrini küçədə görən Selda Çimen və Halime Albayrak adlı heyvansevərlər küçədə bəslədikləri pişiklər üçün yemək və pişik evi istəyiblər. Bələdiyyə sədri B.N.Çavuşoğlu bu istəyi rədd etməyib və qruplara göstərişlər verərək lazımi dəstəyi göstərib. Sahibsiz heyvanların soyuq qış günlərində daha yaxşı şəraitdə yaşaya bilmələri üçün qısa müddətdə Selda Çimen və Halime Albayraka pişik evləri və yeməklər çatdırılib”.
Məlumata görə, dəstəkdən məmnun olduqlarını ifadə edən Selda Çimen Bələdiyyə sədrinə təşəkkür edib: “Halime Albayrak isə “başqanımızın bu həssas yanaşması bizi çox sevindirdi. Onun sahibsiz heyvanlarla bağlı gördüyü işlər nümunəvidir” deyib. B.N.Çavuşoğlu isə bildirib ki, heyvanların yaşamaq hüququna hörmət etmək və rifahını təmin etmək hər bir kəsin mənəvi borcudur”.