Prof. Dr. Birol Akgün: Kahramanmaraşda salınan “Azərbaycan məhəlləsi” Azərbaycan-Türkiyə dostluğunun əbədi nişanəsidir
BAYRAQDAR MEDİA – “Kahramanmaraşda salınan “Azərbaycan məhəlləsi” Azərbaycan-Türkiyə dostluğunun əbədi nişanəsidir”.
BAYRAQDAR MEDİA xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Prof. Dr. Birol Akgün fevralın 19-da Bakıda keçirilən dəyirmi masada deyib.
O, “Azərbaycan və Türkiyə əlaqələrinin nə qədər sıx olduğunu son iki həftədə Bakıda fəaliyyətə başladığım müddətdən bəri şahidi oldum. Azərbaycan hər zaman Türkiyəyə dəstək olduğu kimi, Türkiyə də daim Azərbaycanın yanında olacaq. Biz qardaşıq və hər zaman bir-birimizin yanındayıq. Qarabağda gedən bərpa-quruculuq işlərini də dəstəkləyirik. Əlimizdən gələni etməyə hazırıq”, – deyə qeyd edib.