BAYRAQDAR MEDİA – Kars Ailə və Sosial Xidmətlər İl Müdirliyinə bağlı Sarıkamış Sosial Xidmət Mərkəzi Müdirliyi 9-cu Komando Briqada Komandanlığında xidmət edən mehmetçiklər üçün “Məişət Ünsiyyəti” mövzusunda təlim proqramı təşkil edib.
Bu barədə karsmanset.com saytı məlumat yayıb.
Bildirilib ki, “Ailə Maarifləndirici Proqramı çərçivəsində keçirilən tədbirdə sağlam ailə münasibətləri, effektiv ünsiyyət üsulları və ailə problemlərinin həlli yolları kimi mövzular müzakirə olunub. Mütəxəssislər tərəfindən keçirilən təlim əsgərlərin ailələri ilə əlaqələrini gücləndirmək və sosial həyatda daha şüurlu ünsiyyət qurmaq məqsədi daşıyıb”.
Sarıkamış Sosial Xidmət Mərkəzi səlahiyyətliləri, əsgərlərin ailə ünsiyyət bacarıqlarını inkişaf etdirmək üçün işlərin davam etdiriləcəyini və oxşar təhsil proqramlarının müxtəlif qruplar üçün davam etdiriləcəyini bildirib.