BAYRAQDAR MEDİA – “Qazaxıstan regional təhsil xabına çevrilməkdədir. Ölkədə artıq 34 nüfuzlu xarici universitetin filialı fəaliyyət göstərir”.
Bunu Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbek deyib.
Martın 4-də ADA Universitetində Qazaxıstan və Azərbaycan universitetləri arasında əməkdaşlığın genişləndirilməsinə həsr olunmuş dəyirmi masadakı çıxışında nazir bildirib ki, 2024-cü ildə ali təhsil almaq üçün 31 mindən çox xarici tələbə Qazaxıstana gəlib.
Nazir onu da əlavə edib ki, Qazaxıstanda gənc alimlərə hərtərəfli dəstək göstərilir, elmin kommersiyalaşdırılması həyata keçirilir.