BAYRAQDAR MEDİA – Bolqarıstanda “DPS-Novo naçalo” partiyasının rəhbəri Delyan Peevski dövlətin Ukrayna lideri Vladimir Zelenskiyə davamlı dəstəyinə etiraz edib.
Radio Bolqarıstanın məlumatına görə, Delyan Peevski deyib: “Bütün pullar Bolqarıstanda qalmalı və Bolqarıstan vətəndaşlarının ehtiyacları üçün istifadə edilməlidir. Çalışmalıyıq ki, ölkəmiz daha da güclü olsun. Başqalarına dəstək olmaq üçün gücümüz yoxdursa, ilk növbədə öz xalqımıza dəstək olmalıyıq”.