Press "Enter" to skip to content

Gəncədə bəzi attraksionların istismarı dayandırılıb – VİDEO

Gəncədə bəzi attraksionların istismarı dayandırılıb

BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyi (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “bu çərçivədə Agentliyin müfəttişləri tərəfindən Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən parkda fəaliyyət göstərən fərdi sahibkar Mehdiyev Şahmar Fuad oğluna məxsus attraksionlarda plan üzrə yoxlama aparılıb. Yoxlama zamanı attraksionlarda insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb. Belə ki, uşaq əyləncə mərkəzində fəaliyyət göstərən 9 ədəd attraksionun torpaqlanma konturunun və qidalandırıcı yumşaq naqillərin izolyasiyalarının müqavimətlərinin ölçülmədiyi, həmçinin attraksionların texniki müayinədən keçirilmədiyi müəyyən edilib”.

Daha sonra deyilir ki, “aşkar olunmuş nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, attraksionların istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib”.

Mission News Theme by Compete Themes.