Press "Enter" to skip to content

ABŞ-dan İrana bildiriş

Mayk Valtz

BAYRAQDAR MEDİA – Ağ Evin Milli Təhlükəsizlik üzrə müşaviri Mayk Valtz İranın nüvə silahı əldə etmək niyyəti ilə bağlı deyib ki, “Tramp administrasiyası Əli Xameneyinin barmağını nüvə bombasının düyməsinə basmağa imkan verməyəcək”.

Xəbəri “Azad İran” Telegram kanalı “Deutsche Welle”yə istinadən yayıb.

Xəbərə əsasən, ““İranın heç bir kontekstdə nüvə silahına çıxış əldə etməməsi üçün bütün variantlar masa üzərindədir. Buraya raket, silah və nüvə zənginləşdirməsi proqramları daxildir” deyə Mayk Valtz vurğulayıb”.

Bildirilib ki, “o, İrana qarşı təzyiqin Yəməndə husilərə verdiyi dəstək və ya nüvə silahının mümkün inkişaf etdirilməsi ilə bağlı olduğunu istisna etməyib”.

Mission News Theme by Compete Themes.