BAYRAQDAR MEDİA – 2025-ci ilin fevral ayı ərzində Dövlət Sosial Müdafiə Fonduna ümumilikdə məktub, telefon zəngi və sosial şəbəkə hesabları vasitəsilə 23 954 vətəndaş müraciəti ünvanlanıb və cavablandırılıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, “bunlardan 21 min 179-u rəsmi məktub və telefon zəngi, 2 775-i isə sosial şəbəkə hesablarından daxil olan müraciətlərdir”.