BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəfbpşirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrellə görüşüblər.
Nazirlikdən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, Azərbaycan və şirkət arasında uzun illər davam edən uğurlu əməkdaşlıq məmnunluqla vurğulanıb. bp-nin Azərbaycanın enerji sektorunun inkişafına verdiyi töhfələr, o cümlədən son illər ölkəmizdə bərpaolunan enerji mənbələri üzrə layihələrədəstəyi yüksək qiymətləndirilib.
Məlumatda deyilir ki, uğurlu əməkdaşlığın bundan sonra da tərəflərə fayda gətirəcəyinə əminlik ifadə edilib: “Görüşdə bp-nin Azərbaycanda hazırda davam edən əməliyyatlar və birgə layihələrlə bağlı əməkdaşlığa sadiqliyi diqqətə çatdırılıb. QurumunAzərbaycandakı fəaliyyətivə perspektivlərlə bağlı fikir mübadiləsi aparılıb.Əməkdaşlığın yeni prioritetləri, həmçinin karbonsuzlaşma sahəsində işbirliyi imkanları müzakirə olunub”.