Press "Enter" to skip to content

Mart ayında KTM-ə zəhərlənmə səbəbi ilə 104 nəfər müraciət edib

Mart ayında KTM-ə zəhərlənmə səbəbi ilə 104 nəfər müraciət edib

BAYRAQDAR MEDİA – Mart ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 104 nəfər qəbul edilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Mərkəzin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “48 nəfər dərmandan, 23 nəfər sirkə turşusundan, 4-ü spirtli içkidən, 2-si qidadan, 14 nəfər dəm qazından, 6 nəfər fosfor üzvi birləşmələr zəhərlənmə ilə, 5 nəfər allergik reaksiya, 1 nəfər anafilaktik şok, 1 nəfər ilan sancması səbəbi ilə şöbəyə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq zəhərlənən şəxslərdən 5 nəfərin (4 kişi cinsli, 1 qadın cinsli) ölüm faktı qeydə alınıb”.

Ölüm səbəbləri sirkə turşusu, allergik reaksiya, dəm qazı və spirtli içki zəhərlənmələri kimi qeyd olunur.

Mission News Theme by Compete Themes.