BAYRAQDAR MEDİA – 2025-ci ilin mart ayı ərzində xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 147 MİN 637 nəfər təşkil edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, “onların 111 min 618 nəfəri yaşa, 14 min 205 nəfəri əlilliyə, 21 min 814 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alıb”.