Press "Enter" to skip to content

4-cü “TəhsildəSƏN” adlı Təhsil Forumu keçiriləcək

BAYRAQDAR MEDİA – Mayın 3-də Bakı Biznes Universitetində 4-cü “TəhsildəSƏN” adlı Təhsil Forumu keçiriləcək. Forum “World” Karyera və Peşə Mərkəzinin təşkilatçılığı, Dövlət İmtahan Mərkəzi, Dövlət Məşğulluq Agentliyi və Təhsil Tələbə Kredit Fondunun rəsmi tərəfdaşlığı ilə keçiriləcək.

Bu barədə BAYRAQDAR MEDİA-ya təşkilatçılardan məlumat verilib.

Bildirilib ki, “World” Karyera və Peşə Mərkəzi təhsil sektorunda 14 illik təcrübəyə malikdir: “Xarici dillərin tədrisi, peşə təhsili, xaricdə təhsil və maarifləndirmə sahəsində çox sayda tədbirlər, görüşlər, təlim və seminarlar təşkil etmişdir. Mərkəz, eyni zamanda 2021-ci ildən etibarən təhsil sektorunda fəallığın artırılması və özəl təhsil sektorunda fəaliyyət göstərən təhsil müəssisələrinin xidmətlərini geniş kütlələrə çatdırmaq məqsədilə forumlar və sərgilər təşkil edir”.

Məlumata görə, “TəhsildəSƏN 4” tədbirinin əsas məqsədi təhsildə uğur qazanmış və təcrübəyə malik olan təhsil işçilərinin spikerliyi ilə Forumda iştirak edən müəllim, pedaqoq və təhsil işçilərinin biliklərini artırmaq və aktual təhsil mövzular ətrafında müzakirə təşkil etməkdir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.