Press "Enter" to skip to content

Qiymətləndirmə sektoru ekosistemin ayrılmaz tərkib hissəsidir

Vüqar Oruc: Türk dövlətləri qiymətləndirmə standartlarının yaradılmasına xüsusi ehtiyac var

BAYRAQDAR MEDİA – “Qiymətləndirmə sektoru ekosistemin ayrılmaz tərkib hissəsidir və mövcud bazar şəraitində aktivlərin, daşınmaz əmlakın, biznesin və digər dəyərlərin obyektiv qiymətləndirilməsini təmin edir”.

Bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.

Onun sözlərinə görə, regionda, habelə Azərbaycanda qiymətləndirmə fəaliyyəti son 30 ildə formalaşıb və tədricən inkişaf edib: “Lakin müasir dövrün çağırışları bu sahənin daha da təkmilləşdirilməsini və beynəlxalq standartlara uyğunlaşmasını tələb edir. Sovet İttifaqının süqutundan sonra qiymətləndirmə əsasən Batı təcrübəsinə istinadən həyata keçirilib. Əslində bu, təbiidir və dünya nizamı, müasir beynəlxalq standartlar bizim üçün də zəruridir”.

V.Oruc əlavə edib ki, ancaq bölgəmizin spesifik cəhətlərini və iqtisadi qanunauyğunluqlarını nəzərə alsaq, milli qiymətləndirmə standartlarının tətbiqi də labüddür: “Əslində Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) yaranmasının da mahiyyətində məhz bu amil dayanıb və əsas fəaliyyət istiqamətlərindən biri də budur. Fərqli ölkələr olsalar da, kifayət qədər oxşar cəhətləri mövcuddur və ən əsası eyni coğrafiyanı və dəyərləri daşıyırlar. Bu kontekstdə türk dövlətləri qiymətləndirmə standartlarının yaradılmasına xüsusi ehtiyac var. Hazırda bu istiqamətdə fəal müzakirələrimiz davam edir və əminəm ki, yaxın gələcəkdə buna nail olacağıq”.

Mission News Theme by Compete Themes.