Press "Enter" to skip to content

Torpağı dondan qorumaq üçün səhərədək çalışdılar

Fermerlər istixanaların ətrafında ocaqlar yandırıblar

BAYRAQDAR MEDİA – Eskişehirin əhəmiyyətli əkinçilik mərkəzlərindən biri olan Sarıcakaya rayonunun Düzköy Məhəlləsində pomidor istehsalının sıx olduğu ərazilərdə əkinçilikdə don təhlükəsi səbəbindən fermerlər gecəni istixanalarında keçirib.

Bu barədə eskisehirhaber.com saytı məlumat yayıb.

Bildirilib ki, “havanın temperaturu sıfırın altına düşdüyü və şaxta təhlükəsi artdığı üçün istehsalçılar məhsullarını qorumaq üçün səhərə qədər oyaq qalıblar. Gecə saatlarından başlayan şaxta təhlükəsinə qarşı fermerlər xüsusilə istixanaların ətrafında nəzarətli ocaqlar yandıraraq temperaturu tarazlaşdırmağa çalışıblar”.

Məlumata görə, istixanaların daxilində və xaricində qurulan yanğınlar pomidor şitillərinin soyuqdan təsirlənməsinin qarşısını almaq məqsədi daşıyır.

Mission News Theme by Compete Themes.