Prof. Dr. Güven Arıklıdan son proseslərlə bağlı tövsiyə
BAYRAQDAR MEDİA – “Bu günlərdə Türk Dövlətləri Təşkilatının bəzi üzvlərinin Güney Kıbrısda səfirlik açması və KKTC-ni tanımayacaqlarını bəyan etmələri beyinləri çaşdırıb, ürəkləri parçalayıb. Demək olar ki, hər kəs bu sualı verdi: “Bu, ayrı-ayrı dövlət siyasətini izlədiyimiz üçün baş verdimi?” Amma yox. Sadəcə bu deyil”.
Bunu Kuzey Kıbrısdan olan Prof. Dr. Güven Arıklı KKTC ətrafında yaranmış son variantı dəyərləndərirərkən qeyd edib.
Prof. Dr. Güven Arıklı kibrishakikat.com saytındakı “Emosiyalarla hərəkət etmək vaxtı deyil” adlı köşəsində daha sonra qeyd edib: “İllərdir federasiya istəyirdik, bərabərlik dedik, çarə axtardıq. Yaxşı, o zaman türk dövlətləri bizi tanıyıbmı? Yenə yox. Yəni problem təkcə bizdə deyil. Dünya indi fərqli bir yerə çevrilib. Beynəlxalq münasibətlərdə “qardaşlıq”, “müttəfiqlik” kimi anlayışlar tamamilə şəxsi mənafe ilə əvəzlənib. Bu gün dost dediyiniz şəxs sabah başqası ilə masa arxasında otura bilər. Bu həqiqəti qəbul etməsək və hadisələri emosional gözlə oxumağa davam etsək, xəyal qırıqlığı qaçılmaz olacaq”.
G.Arıklı yazısında daha sonra bildirir: “Kıbrıs məsələsində istər iki dövlətli həlli istəyin, istərsə də federasiya xəyalı qurun… Nəticə dəyişmir. Bunlar artıq sizin haqlı olub-olmamağınızla bağlı deyil, gücün harada olduğu ilə bağlıdır. Bu səbəblə, ağlı başında və soyuqqanlı bir duruş vacibdir. Rəhmətlik Denktaşın bir sözü var: “Bu mübarizə torpaq mübarizəsi deyil, var olmaq mübarizəsidir”. Bu söz bu gün də qüvvədədir. Və Dr. Fazıl Küçük dediyi kimi: “Anavətən Türkiyə olmadan bu ada türk qala bilməz”. Ona görə də hər kəs nə edirsə etsin, hara yaxınlaşırsa yaxınlaşsın, bizim ən böyük gücümüz Türkiyənin yanımızda olmasıdır. Bəzən özümüzü tək hiss edə bilərik, amma bunu unutmayaq: Ətrafımızda heç kim olmasa belə, Türkiyənin varlığı bizə kifayət edir”.
İlk şərhi yaza bilərsiniz