Press "Enter" to skip to content

Qrafikdən qismən kənara çıxma halları ola bilər

Sərnişinlər stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmalıdırlar

ADY: Bakı və regionlarda müşahidə edilən küləkli-yağışlı hava şəraitinə görə bəzi sahələrdə qatarların sürət həddi endirilib

BAYRAQDAR MEDİA – “Hərəkətin təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə Bakı və regionlarda müşahidə edilən küləkli-yağışlı hava şəraitinə görə bəzi sahələrdə qatarların sürət həddi endirilib”.

Bu barədə BAYRAQDAR MEDİA-ya Azərbaycan Dəmir Yollarından məlumat verilib.

Bilditilib ki, “bu səbəbdən Abşeron dairəvi, Bakı–Ağstafa–Bakı və Bakı–Balakən–Bakı marşrutları üzrə hərəkət edən qatarların qrafikində qismən kənara çıxma halları ola bilər”.

“Hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmağı xahiş edirik” deyə məlumatda qeyd edilib.

Mission News Theme by Compete Themes.