BAYRAQDAR MEDİA – Sumqayıt şəhəri, 14-cü məhəllə, 1A/3B ünvanında ağacların kəsilməsi ilə bağlı 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə daxil olan şikayət yerində araşdırılıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “İdarənin rəisi Asif Məcidov bildirib ki, 4 aprel 2025-ci il tarixində aparılan araşdırma zamanı sözügedən ərazidə “Sumqayıt“ MMC tərəfindən ərazi hasara alınarkən iki ağacın kəsildiyi və təbiətə 1 min 080 manat məbləğində ziyan dəydiyi müəyyən olunub. Faktla bağlı akt tərtib edilib. MMC-nin hüquqi şəxs qismində cərimələnməsi məqsədilə toplanmış materiallar Sumqayıt şəhər Məhkəməsinə göndərilib: “Yenidən əraziyə keçirilən baxış zamanı xeyli sayda ağacın kökündən çıxarıldığı aşkar olunub. Araşdırma zamanı ağacların Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəyi olmadan MMC-nin əməkdaşları tərəfindən çıxarıldığı müəyyən edilib. Faktla bağlı akt tərtib olunub. Çıxarılan ağacların yerində 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təşkilatçılığı və dəstəyi ilə yenidən ağaclar əkilib. Eyni zamanda, yaşıllıqların mühafizəsi və onlara aqrotexniki xidmət göstərilməsi məqsədilə Sumqayıt şəhər İcra Hakimiyyətinə məktub ünvanlanıb””.