BAYRAQDAR MEDİA – Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan Yozgat əhalisinə müjdə verib.
Bu barədə yozgathabergazete.com saytı məlumat yayıb.
Məlumata görə, R.T.Erdoğan Antalya Hava Limanı Yeni Terminal Binasının açılış mərasimindəki çıxışında yozgatlılara müjdə verərək deyib: “Türkiyə aviasiyada böyük uğurlar əldə edib. 2002-ci ildə 26 olan aktiv hava limanlarının sayı bu gün 58-ə yüksəlib. “Dünyada çata bilməyəcəyimiz heç bir nöqtə qalmayacaq” şüarı ilə ölkəmizi dünyanın ən böyük uçuş sahəsinə malik ölkələrindən birinə çevirdik. Biz qlobal miqyasda aviasiya sahəsində yüksək liqaya yüksəlmişik. Avqustun 10-da açdığımız Çukurova Beynəlxalq Hava Limanı da daxil olmaqla, 2002-ci ildən bəri aktiv hava limanlarının sayını 26-dan 58-ə çatdırdıq. Qarşıdakı dövrdə hazırda tikintisi davam edən Yozgat və Bayburt-Gümüşhane hava limanlarımız da daxil olmaqla, aktiv hava limanlarının sayını 58-dən 60-a çatdıracağıq”.
İlk şərhi yaza bilərsiniz