Press "Enter" to skip to content

GİN nümayəndə heyəti Nyu-Yorkda Forumda

GİN nümayəndə heyəti Nyu-Yorkda Forumda

BAYRAQDAR MEDİA – BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında keçirilmiş 2025-ci il ECOSOC Gənclər Forumu uğurla başa çatıb. Forumda Azərbaycanı Gənclər və İdman Nazirliyinin (GİN) nümayəndə heyəti təmsil edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya GİN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “nümayəndə heyətinin tərkibində nazirliyin Aparat rəhbəri Amil Xudiyev, Gənclərlə iş şöbəsinin müdir müavini Ülviyyə Axundova, baş məsləhətçi Şərqiyyə Həsənova və GİN yanında İctimai Şuranın sədr müavini Ramin Həbibzadə olub”.

Ardınca xəbərdə, “Forum çərçivəsində keçirilən plenar sessiyada çıxış edən Ü.Axundova “İnklüziv gələcək üçün sosial inkişaf və gənclərin həll yolları” (“Social development – youth solutions for an inclusive future”) mövzusunda Azərbaycan təcrübəsini və yanaşmalarını bölüşüb, Azərbaycanda bu sahədə görülən işlər, gənclər üçün imkanlar, strateji istiqamətlər, gənclər evlərinin fəaliyyəti, COP29 Gənclər Evinin və tədbirlərinin mahiyyəti barədə məlumat verib” deyə bildirilir.

Nümayəndə heyətinin üzvləri Forum müddətində bir sıra tematik sessiyalarda, panel müzakirələrdə iştirak edib və beynəlxalq tərəfdaşlarla görüşlərdə gənclər sahəsində mövcud perspektivləri, əməkdaşlıq imkanlarını müzakirə edib, təcrübə mübadiləsi aparıblar.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.