BAYRAQDAR MEDİA – Akdeniz Bələdiyyələr Birliyinin bu il 9-cu dəfə təşkil etdiyi Layihə Yarışmasında Denizlinin Merkezefendi Bələdiyyəsi iki mühüm mükafat qazanıb.
Bu barədə denizlikenthaber.com saytı məlumat yayıb.
Bildirilib ki, “Merkezefendi Bələdiyyə sədri Şeniz Doğan tədbirdə 2019-cu ildən ətraf mühitlə bağlı həyata keçirilən layihələri və gələcəkdə həyata keçirməyi hədəflədikləri layihələri açıqlayıb. Proqramın ikinci günündə Şeniz Doğan, yarmarka meydanında qurulan Merkezefendi Bələdiyyəsinin stendində qonaqlarını qəbul edərək layihələrini təqdim edib və həmçinin Akdeniz Bələdiyyələr Birliyinin UCLG-MEWA Mədəniyyət və Turizm Komitəsinin toplantısına qatılıb”.
Məlumata görə, Antalyada təşkil edilən proqramın son günündə Akdeniz Bələdiyyələr Birliyi 9-cu Layihə Yarışması olub: “Akdeniz Bələdiyyələr Birliyinin sədri və Antalya Böyükşəhər Bələdiyyəsinin sədri Muhittin Böcekin liderlik etdiyi yarışmada Merkezefendi Bələdiyyəsi iki mükafat alıb”.
İlk şərhi yaza bilərsiniz