Press "Enter" to skip to content

Nazirlər Kabinetində növbəti müşavirə

İclas zamanı

BAYRAQDAR MEDİA – Naxçıvan Muxtar Respublikasının Baş naziri  Ceyhun Cəlilovun sədrliyi ilə təhsil, səhiyyə, mədəniyyət sistemi üzrə fəaliyyətin cari vəziyyəti ilə bağlı videoformatında müşavirə keçirilib.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, “müşavirədə aidiyyəti sahələr üzrə müvafiq icra qurumlarının rəhbərlərinin çıxışları dinlənilib. Həmçinin, təşkilatların ölkənin analoji qurumlarına inteqrasiyası, elektron informasiya sistemlərinin vahid bazada birləşdirilməsi, bilik və təcrübə mübadiləsi üzrə əməkdaşlığın artırılması, keyfiyyətli idarəetmə sistemlərinin tətbiqi və digər məsələlər üzrə müzakirələr aparılıb, son göstəricilər nəzərdən keçirilib”.

Müşavirənin yekununda Baş nazir qeyd olunan istiqamətlər üzrə göstəricilərin artırılması məqsədilə aidiyyəti üzrətapşırıqlar verib, sözügedən sahələr üzrə işlərin keyfiyyətlə icrasının zəruriliyini bildirib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.