BAYRAQDAR MEDİA – Aprelin 22-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Şərurda fəaliyyət göstərən peşə liseyi ilə də tanış olub.
Bu barədə BAYRAQDAR MEDİA-ya səlahiyyətli nümayəndəlikdən məlumat verilib.
Tanışlıq zamanı məlumat verilib ki, 200 yerlik liseydə hazırda 5 qrup fəaliyyət göstərir: “Əməliyyatçı-mühasib, bərbər-vizajist-manikürçü, informasiya sistemləri üzrə texniki dəstək mütəxəssisi, baytar-texniki, isitmə və soyutma istemləri üzrə mütəxəssis qruplarında 62 tələbə təhsil alır. Tələbələr bərbər, qaz çilingəri, xalçaçılıq emalatxanalarında əyani dərslərdə iştirak edirlər”.
Səlahiyyətli nümayəndə liseyin fəaliyyətinin gücləndirilməsi və əyani vəsaitlərdən səmərəli istifadə ilə bağlı müvafiq tapşırıqlar verib.
İlk şərhi yaza bilərsiniz