Press "Enter" to skip to content

Azərbaycan mövqeləri Çəmbərək istiqamətindən atəşə tutulub

Müdafiə Nazirliyi

BAYRAQDAR MEDİA – Aprelin 28-i saat 00:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, Azərbaycan bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Mission News Theme by Compete Themes.