Press "Enter" to skip to content

Azərbaycanın turizm imkanları “ATM 2025” sərgisində

Azərbaycanın turizm imkanları “ATM 2025” sərgisində

BAYRAQDAR MEDİA – Azərbaycanın turizm imkanları Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən “ATM 2025” (Arabian Travel Market 2025) beynəlxalq turizm sərgisində tanıdılır.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Dövlət Turizm Agentliyinin (DTA) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “Azərbaycan sərgidə Azərbaycan Turizm Bürosu ilə yanaşı, “Azərbaycan Hava Yolları” QSC, “Şahdağ” Turizm Mərkəzi, hotel və turizm şirkətləri daxil olmaqla 41 yerli tərəfdaş tərəfindən təmsil olunur. Milli stenddə VR texnologiyası vasitəsilə ziyarətçilər Azərbaycanın təbiət mənzərələrini və canlı şəhər həyatını müşahidə edə bilirlər. Ziyarətçilərə Azərbaycanın təbiəti və kulinariyası, dağ-xizək kurortları, açıq hava və macəra turizmi imkanları barədə ətraflı məlumat verilir, həmçinin milli şirniyyatların dequstasiyası imkanı təqdim olunur. Stenddə Qarabağ və Şərqi Zəngəzur regionunun turizm imkanları nümayiş etdirilir, eləcə də “Konstitusiya və Suverenlik İli” çərçivəsində məlumatlandırma kampaniyası həyata keçirilir”.

Qeyd edək ki, Azərbaycanın Dubaydakı baş konsulu Cavidan Hüseynov milli stendi ziyarət edib.

Sadələşdirilmiş viza prosedurları və birbaşa uçuşların sayının artması Körfəz ölkələrindən olan səyahətçilərin Azərbaycana səfərlərini təşviq edir. BƏƏ və Qətər vətəndaşları vizasız formada, Küveyt, Səudiyyə Ərəbistanı, Oman və Bəhreyn vətəndaşları isə yalnız evisa.gov.az portalı vasitəsilə üç iş gününə və ya təcili prosedurla üç saata qədər elektron viza əldə edə edərək Azərbaycana səfər edirlər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.