Press "Enter" to skip to content

Hindistan Pakistana qarşı təxribatları dayandırmalıdır

Azər HƏSRƏT

BAYRAQDAR MEDİA – Siyasi şərhçi Azər Həsrət bildirib ki, Hindistan qardaş Pakistana qarşı təxribatlarına son qoymalıdır.

“Pakistan dost və sülhsevər ölkədir. Bildiyimiz kimi, bu ölkə bütün problemləri sülh yoluyla həll etməyə hazırdır. Belə bir durumda Hindistan Kəşmirdə turistlərə qarşı törədilən terror hücumundan bəhanə kimi istifadə edərək Pakistanı ittiham və hücum obyekti etməməlidir. Bir şeyi də nəzərə almalıyıq ki, bu hücum Hindistanın de-fakto nəzarətində olan bir ərazidə baş verib. Bu isə o deməkdir ki, onlarla günahsız insanın həyatını bitirmiş bu qanlı hadisənin tək məsulu Hindistandır”, – deyə Azər Həsrət bildirib.

Siyasi şərhçi daha sonra əlavə edib ki, vəziyyətin gərginləşməsi halında Azərbaycanlılar başqa türk xalqları ilə birlikdə Pakistanın arxasında olacaqlar: “Biz qardaşıq və Pakistanı Hindistanın təcavüzü qarşısında tək qoyan deyilik. Biz hansısa gərginlik və qan tökülməsini istəmirik. Lakin Hindistanın artan təcavüzü müşahidə edilərsə, bu dövlət Pakistanın tək olmayacağını bilməlidir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.