BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə videokonfrans formatında görüşüb.
Bu barədə BAYRAQDAR MEDİA-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Məlumata görə, görüşdə vurğulanıb ki, iki dost ölkə arasında əlaqələr qarşılıqlı etimad şəraitində möhkəmlənir, müxtəlif sahələrdə münasibətlər yüksələn xətlə inkişaf edir: “Görüşdə Azərbaycan-Pakistan tərəfdaşlığının iqtisadi əlaqələrimizin şaxələndirilməsi üçün yaratdığı imkanlar, birgə layihələrin reallaşdırılması perspektivləri barədə fikir mübadiləsi aparılıb. Bundan başqa, tərəflər ticarət əlaqələrinin və qarşılıqlı sərmayələrin intensiv təşviqi istiqamətində müzakirələr aparıblar”.





