Press "Enter" to skip to content

BDU Beynəlxalq Dayanıqlı Kampus Şəbəkəsinə üzv olub

BDU Beynəlxalq Dayanıqlı Kampus Şəbəkəsinə üzv olub

BAYRAQDAR MEDİA – Bakı Dövlət Universiteti (BDU) qlobal miqyasda dayanıqlı inkişaf və ali təhsil müəssisələrinin ekoloji məsuliyyətinin artırılması istiqamətində atdığı addımlara daha birini əlavə edərək Beynəlxalq Dayanıqlı Kampus Şəbəkəsinin (International Sustainable Campus Network – ISCN) rəsmi üzvü olub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-nun mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “BDU bu nüfuzlu quruma üzv olan ilk Azərbaycan ali təhsil müəssisəsidir. ISCN – ali təhsil müəssisələrinin dayanıqlılıq sahəsində təcrübə və təşəbbüslərini bölüşmək üçün yaradılmış nüfuzlu beynəlxalq platformadır. Şəbəkə dünyanın aparıcı universitetlərini bir araya gətirərək onların ətraf mühitin qorunması, sosial məsuliyyətin təşviqi və Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) töhfə verməsi istiqamətində əməkdaşlığı gücləndirir. Şəbəkə, eyni zamanda, beynəlxalq səviyyədə tanınan nüfuzlu reytinq agentliklərindən biri olan QS tərəfindən də strateji tərəfdaş kimi tanınır və dəstəklənir”.

Sonra xəbərdə, “BDU-nun bu nüfuzlu şəbəkəyə qoşulması Universitetin son illər ərzində həyata keçirdiyi dayanıqlılıq strategiyasının və ekoloji təşəbbüslərinin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir. Bu addım həmçinin BDU-nun BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə verdiyi töhfəni genişləndirir və Universitetin yaşıl kampus modelinə keçid istiqamətində apardığı işlərin əhatə dairəsini artırır. Üzvlük çərçivəsində BDU dayanıqlı inkişaf sahəsində layihələr həyata keçirəcək, beynəlxalq tədbirlərdə iştirak edəcək və elmi əməkdaşlıq imkanlarını genişləndirəcək” deyə qeyd edilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.