Press "Enter" to skip to content

Ən çox tələb olunan 5 peşə istiqaməti müəyyən edilib

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya əmək bazarının cari vəziyyətini qiymətləndirmək məqsədilə iş elanlarının genişmiqyaslı kəmiyyət təhlilini aparıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya nazirlikdən məlumat verilib.

Bildirilib ki, “son iki ili əhatə edən 25 min 678 vakansiya nəzərdən keçirilib və ən çox tələb olunan aşağıdakı beş prioritet peşə istiqaməti müəyyən edilib:satış təmsilçisi, mühasib, kredit mütəxəssisi, işə qəbul üzrə mütəxəssis və satış planlanması. Təhlillər göstərir ki, bu peşələr üzrə işçi qüvvəsinə daha çox ehtiyacın olması əmək bazarının genişlənməsi və struktur dəyişiklikləri ilə sıx bağlıdır”.

Məlumata görə, vakansiyaların hər dördündən biri topdan və pərakəndə ticarət sahəsində fəaliyyət göstərən müəssisələrə aiddir: “Bank sektoru isə 9,2 faizlik payla vakansiya sayına görə ilk onluğa liderlik edir. Bu sektor həm yeni iş yerlərinin yaradılması, həm də işçi dəyişkənliyinin yüksək olması ilə seçilir. Araşdırma həmçinin göstərir ki, iş elanlarının 76,2 faizində iş təcrübəsi tələb olunur, minimum iş təcrübəsi tələbi isə 1 – 2 il arasında dəyişir. Vakansiyaların 67,2 faizində ali təhsilin əsasən bakalavr səviyyəsi tələb olunur. Məvacib göstəricilərinə gəldikdə, qeyd edilən 25 min 678 vakansiyadan yalnız 8,4 minə yaxın vakansiyada əməkhaqqı qeyd edilib. Onlarda təklif olunan məvacib 400 – 7000 manat arasında dəyişir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.