BAYRAQDAR MEDİA – Hatayın Belen rayonunda Sarımaz şosesi körpüsü yaxınlığında ağaca ilişən leyləyin köməyinə yanğınsöndürənlər gəlib.
Bu barədə igdirhaber.net saytı məlumat yayıb.
Məlumata görə, ətrafdakı insanların diqqəti sayəsində fərq edilən leyləkin ayağına ov xəttinin dolandığı müəyyən edilib: “Vətəndaşların xəbəri üzərinə hadisə yerinə gələn Hatay Böyükşəhər Bələdiyyəsi xilasetmə qrupları, nərdivan köməyi ilə ağaca dırmaşaraq leyləkə çatıb. Komandalar leylək ayağına möhkəm sarılmış ov xəttini diqqətlə təmizləyiblər. Lakin leyləyin uça bilməyəcəyi məlum olduqdan sonra müalicə olunmaq üçün Hatay Böyükşəhər Bələdiyyəsinin Heyvan Sığınacağına təhvil verilib”.
İlk şərhi yaza bilərsiniz