BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyanın şirkətlər və “Made in İtaly” naziri Adolfo Urso ilə videkonfrans formatında görüşüb.
Bu barədə BAYRAQDAR MEDİA-ya nazirlikdən məlumat verilib.
Bildirilib ki, “görüşdə İtaliya ilə dostluğa və strateji tərəfdaşlığa əsaslanan iqtisadi əməkdaşlığın inkişaf etdiyi vurğulanıb. İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğuqeyd edilib.Bir çox İtaliya şirkətlərinin ölkəmizdə sənaye, nəqliyyat, tikinti, ticarət, xidmət və digər sahələrdəuğurla fəaliyyət göstərdiyi diqqətə çatdırılıb. İqtisadi əlaqələrin daha da gücləndirilməsi üçün geniş imkanların olduğu bildirilib”.
Məlumata görə, tərəflər ticarət, sənaye və digər sahələrdə əməkdaşlığınartırılması, biznes subyektlərinin işbirliyi və qarşılıqlı investisiya layihələri barədə fikir mübadiləsi aparıblar
İlk şərhi yaza bilərsiniz