BAYRAQDAR MEDİA – TMMOB Ətraf Mühəndisləri Odası İzmir şöbəsi İzmirin su ehtiyatlarının mövcud vəziyyətini ortaya qoyan “İzmir 2024 Su Hesabatı”nı ictimaiyyətlə bölüşüb.
Bu barədə sonmuhur.com saytı məlumat yayıb.
Bildirilib ki, “hesabatda İzmir körfəzindəki ekoloji deqradasiyaya, eləcə də su ehtiyatlarında baş verən həyəcanverici hadisələrə diqqət çəkilib. Açıqlanan məlumatlara görə, İzmirdə adambaşına düşən illik su miqdarı min kubmetr səviyyəsindədir. Vurğulanıb ki, bu dəyər şəhəri su qıtlığı riski ilə üzləşən regionlar sırasına qoyur”.
Məlumata görə, hesabatda İzmirin içməli su ehtiyacının 61 faizinin yeraltı su ehtiyatları hesabına qarşılandığı bildirilərkən, həddindən artıq su çəkilməsi və çirklənmə səbəbiylə xüsusilə Küçük Menderes və Gediz hövzələrində yeraltı su səviyyələrində ciddi azalmaların olduğu qeyd edilib.
İlk şərhi yaza bilərsiniz