BAYRAQDAR MEDİA – Mayın 5-də, saat 15:00-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı iləKOB-ların təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsinə dəstək üçün elan edilmiş 7-ci qrant müsabiqəsinə dair onlayn formatda məlumatlandırıcı tədbir keçiriləcək.
Bu barədə KOBİA-dan məlumat verilib.
Bildirilib ki, “tədbirin təşkilində məqsəd 7-ci qrant müsabiqəsinin şərtləri, lazım olan sənədlər, müraciət qaydası, layihələrin qiymətləndirilməsi prosesi və müsabiqə barədə KOB subyektlərini maraqlandıran sualların cavablandırılması və onları məlumatlandırmaqdır. KOB subyektləri bu linkə daxil olmaqla vebinarda iştirak edə bilərlər”
Qeyd edilib ki, mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar onların təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrinin maliyyələşdirilməsinə dair KOBİA tərəfindən elan edilmiş 7-ci qrant müsabiqəsinə sənəd qəbulu davam edir və 14 may 2025-ci il saat 18:00-da başa çatacaq.