Press "Enter" to skip to content

Nəqliyyat vasitələrinin yolunda təhlükə yaradan şəxs saxlanılıb

Nəqliyyat vasitələrinin yolunda təhlükə yaradan şəxs saxlanılıb

BAYRAQDAR MEDİA – Paytaxtın Yasamal rayonu ərazisində – “20 Yanvar” dairəsində nəqliyyat vasitələrinin hərəkət yoluna çıxaraq təhlükə yaradan şəxs müəyyən olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 1988-ci il təvəllüdlü Quliyev Ruslan Eldar oğlu saxlanılıb. Əvvəllər oğurluq, soyğunçuluq və dələduzluq maddələri ilə məhkum olunan şəxsin narkoloji vəziyyəti nəzərə alınaraq barəsində məsuliyyət tədbiri görülür”.

Nazirlik bir daha sürücülərin diqqətinə çatdırıb ki, hüquqazidd əməllərə məruz qaldıqda və ya rastlaşdıqda dərhal polisə məlumat verilməlidir.

Mission News Theme by Compete Themes.