Press "Enter" to skip to content

Ultrasəs terapiyası psixiatrik simptomları azalda bilər

Ultrasəs terapiyası psixiatrik simptomları azalda bilər

BAYRAQDAR MEDİA – ABŞ-nin Texas Universitetində aparılan bir araşdırma, aşağı intensivliyə fokuslanmış ultrasəs (LIFU) terapiyasının depressiya, narahatlıq və travma sonrası stress pozğunluğu (TSSB) kimi psixi sağlamlıq problemlərində yaxşılaşma təmin etdiyini ortaya qoyub.

BAYRAQDAR MEDİA xəbər verir ki, bu barədə “Demirören” Xəbər Agentliyi məlumat paylaşıb.

Dell Tibb Fakültəsi tərəfindən aparılan araşdırmada 29 könüllü iştirakçıya üç həftə ərzində hər gün qısamüddətli ultrasəs müalicəsi tətbiq edilib. MRT ilə idarə olunan tətbiqlərdə, duyğuların işlənməsində rol oynayan ‘sol amigdala’ hədəf alınıb. Müalicə prosesindən sonra iştirakçılarda depressiya, narahatlıq və TSSB simptomlarının azaldığı müşahidə edilib.

Tədqiqatın aparıcı müəllifi Dr.Qreqori Fonzo araşdırma ilə bağlı deyib: “Bu texnika neyrocərrahiyyə və ya dərmana ehtiyac olmadan dərin beyin strukturlarında fəaliyyəti həssas şəkildə dəyişə bilər. İştirakçıların yalnız üç həftəlik gündəlik müalicə ilə əhval-ruhiyyələrində əhəmiyyətli irəliləyişlər göstərməsi diqqətçəkicidir.”

Birbaşa amigdalanı hədəf alan bu üsul ənənəvi psixiatrik müdaxilələrə cavab verməyən xəstələr üçün alternativ variant olaraq dəyərləndirilir. Müalicə prosesində ciddi əlavə təsirlərin müşahidə edilməməsi isə metodun təhlükəsizliyinin əlaməti hesab olunur.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.