Press "Enter" to skip to content

Yanğın təhlükəsizliyinə dair növbəti mediatur

Yanğın təhlükəsizliyinə dair növbəti mediatur

BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin növbəti monitorinqi ilə tanışlıq məqsədilə FHN tərəfindən mediatur təşkil olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “mediatur çərçivəsində jurnalistlər təhlükə potensiallı obyektlərin, eləcə də həmin obyektlərin yerləşdiyi ərazilərin yaxınlığındakı yaşayış evlərinin yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi məqsədilə Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılan monitorinq prosesini izləyiblər. Monitorinq tədbirlərinin əsas məqsədi təhlükə potensiallı obyektlərin təhlükəsiz istismar edilməsi şəraitinin yaradılması, o cümlədən insanların həyat və sağlamlığının, əmlakının yanğından qorunmasından ibarətdir”.

Monitorinq zamanı yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı fəaliyyət çərçivəsində təmizlik işləri aparılıb, o cümlədən ərazi məişət və istehsalat tullantılarından, qamışlıq və quru otlardan təmizlənib, gələcəkdə sözügedən ərazidə yanğınların baş verməməsi üçün müvafiq tədbirlər həyata keçirilib.

Qeyd edək ki, bu tədbirlər FHN tərəfindən mütəmadi olaraq davam etdirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.