Press "Enter" to skip to content

4 saylı Uşaq evində 63 uşaq dövlət qayğısı ilə əhatə olunur

4 saylı Uşaq evində 63 uşaq dövlət qayğısı ilə əhatə olunur

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) 4 saylı Uşaq evi sosial xidmət müəssisəsində hazırda valideyn himayəsindən məhrum olmuş 63 uşaq dövlət qayğısı ilə əhatə olunur.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “Gəncə şəhərində yerləşən müəssisə 70 yerlikdir və valideyn himayəsindən məhrum olmuş uşaqların dövlət himayəsində yaşaması üçün nəzərdə tutulub. Müəssisəyə qəbul edilən uşaqlar yaş və cinsə uyğun olaraq qruplaşdırılır və sosial reabilitasiyaya cəlb edilirlər”.

Bildirək ki, onlar sosial-məişət, sosial-psixoloji, tibbi-sosial, sosial-pedoqoji və sosial-hüquqi xidmətlərlə təmin olunurlar.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.