Press "Enter" to skip to content

Azərbaycan – Böyük Britaniya Hökumətlərarası Komissiyanın 7-ci iclası keçirilib

İclas zamanı

DİM-in əməkdaşı da iclasda iştirak edib

BAYRAQDAR MEDİA – 30 aprel – 1 may 2025-ci il tarixlərində Londonda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın yeddinci iclası keçirilib. Dövlət İmtahan Mərkəzinin (DİM) Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Elmir Şirinov da Azərbaycan Respublikasının nümayəndə heyətinin tərkibində iclasda iştirak edib.

Bu barədə DİM-in məlumatında qeyd edilib.

Məlumata görə, Azərbaycanın 30-a yaxın dövlət qurumunun təmsil olunduğu iclasda 20-dən çox sahə üzrə görülmüş işlər, həlli vacib məsələlər nəzərdən keçirilib və inkişaf perspektivlərinə dair təqdimatlar edilib: “Enerji keçidi istiqaməti üzrə dənizdə külək, günəş enerjisi və hidrogen infrastrukturunun inkişafı da daxil olmaqla bərpa olunan enerji, şəbəkənin inkişafı, enerji səmərəliliyi, emissiyaların azaldılması və liberal elektrik enerjisi bazarına keçid kimi sahələrdə əməkdaşlıq edilməsi razılaşdırılıb. Sonda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclasının yekunlarına dair protokol imzalanıb. Komissiyanın 8-ci iclasının 2026-cı ildə Bakı şəhərində keçirilməsinə qərar verilib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.