BAYRAQDAR MEDİA – Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərində Azərbaycan-Türkiyə hərbi dənizçilərinin birgə praktiki məşğələləri keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “məşğələlərə Azərbaycan HDQ Dəniz Təlim Mərkəzinin gəmi hazırlığı bölməsi və Türkiyə HDQ Təlim Mərkəzinin “Yıldızlar” təlim qrupu cəlb olunub. Keçirilən məşğələlərin başlıca məqsədi hər iki qardaş ölkə arasında hərbi dənizçilik sahəsində qarşılıqlı təcrübə mübadiləsinin aparılması və bu sahədə şəxsi heyətin döyüş hazırlığının daha da təkmilləşdirilməsidir”.
İlk şərhi yaza bilərsiniz