Press "Enter" to skip to content

Bəhrəm Xəlilov vətəndaş qəbulu keçirib

BAYRAQDAR MEDİA – Mayın 2-də DİM-in İdarə Heyəti sədrinin müavini Bəhrəm Xəlilov vətəndaş qəbulu həyata keçirib.

Bu barədə DİM-in məlumatında qeyd edilib.

Məlumata görə, görüşdə müsabiqə üzrə müsahibədən müvəffəqiyyətlə keçmiş namizədin qanunvericiliyin tələblərinə uyğun olaraq təyinatının aparılması və taksi sürücülərinin fəaliyyəti ilə bağlı iki vətəndaşın müraciətinə baxılıb: “Vətəndaşlara müraciətləri ilə bağlı ətraflı izahat verilib, habelə qeyd olunan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün Mərkəzin aidiyyəti struktur bölmələrinə müvafiq tapşırıqlar verilib”.

Mission News Theme by Compete Themes.