BAYRAQDAR MEDİA – Azərbaycan Dəmir Yolları QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını ödəmək üçün 9 və 11 may tarixlərində əlavə qatar reyslərini xəttə buraxacaq.
Bu barədə BAYRAQDAR MEDİA-ya ADY-dən məlumat verilib.
Bildirilib ki, “Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər etmək mümkün olacaq. “Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan, “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz”.
İlk şərhi yaza bilərsiniz