Press "Enter" to skip to content

Bolqarıstan güzəştə getməyəcək

Rumen Radev

BAYRAQDAR MEDİA – Bolqarıstan Prezidentİ Rumen Radev “Üç Dəniz Təşəbbüsü”nün 10-cu Sammitində iştirak etdiyi Varşavada bir vacib məqama toxunub. R.Radev “Bolqarıstan Quzey Makedoniya Respublikasının Avropa Birliyi ilə üzvlük danışıqlarına başlaması üçün güzəştə getməyəcək”, deyib.

Radio Bolqarıstan xəbər verir ki, R.Radev Skopye hakimiyyətinin nəhayət, Konstitusiyaya dəyişiklik edilməsi və bolqarların dövləti formalaşdıran bir millət kimi tanınması kimi razılaşdırılmış şərtləri yerinə yetirməsini və Brüssellə danışıqlara başlamasını gözlədiyini bildirib: “Güzəştlərdən qətiyyən söhbət gedə bilməz. Mənim lüğətimdə Şimali Makedoniya Respublikası üçün belə bir söz yoxdur”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.