BAYRAQDAR MEDİA – Vətəndaşların bank kartlarından oğurluqlar davam edir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə vurğulanır ki, “kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda vətəndaşın hesabında olan pullar, yaxud pul yoxdursa, kredit formasında vətəndaşa zərər vuracaqlar. Mayın 1-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 13 min 697, 7 min, 2 min 800, 2 min 400, 723, 349, 220, 150, 104 manat pul vəsaitləri bank kartlarından oğurlanıb”.
DİN bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı, qəti formada şəxsi bank məlumatları naməlum şəxslərə verməməyi tövsiyə edib.
İlk şərhi yaza bilərsiniz