Press "Enter" to skip to content

Eskişehirdə pulsuz nəqliyyat

Eskişehirin ümumi görünüşü

BAYRAQDAR MEDİA – Eskiçehirin Beylikova Bələdiyyəsi kənd məhəllələrində yaşayan vətəndaşların rayon mərkəzindəki “Cümə bazarı”na gediş-gəlişini asanlaşdırmaq məqsədilə 21 məhəlləni əhatə edən pulsuz avtobus xidməti həyata keçirib.

Bu barədə eskisehir.net saytı məlumat yayıb.

Bildirilib ki, “Bu xidmət üçün ümumilikdə 21 kənd məhəlləsini əhatə edən yeddi ayrı marşrut yaradılıb. Xidməti avtomobillər səhər saat 09:00-da təyin olunmuş gediş-gəliş məntəqələrindən yola düşərək vətəndaşları Bəylikova rayon mərkəzinə aparacaq. Bazarda alış-veriş edib gündəlik işləri ilə məşğul olan vətəndaşlar günortadan sonra eyni maşınlarla kəndlərinə qayıda biləcəklər”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.