Press "Enter" to skip to content

“İctimai proseslər media müstəvisində” mövzusunda II Forum

“İctimai proseslər media müstəvisində” mövzusunda II Forum

BAYRAQDAR MEDİA – Mayın 2-də Medianın İnkişafı Agentliyinin (MEDİA)) təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda II Forumun açılış mərasimi keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEDİA-dan daxil olub.

Xəbərdə deyilir ki, “Forumda açılış nitqi ilə çıxış edən MEDİA-nın direktoru Əhməd İsmayılov bildirib ki, artıq ikinci ildir ki, Azərbaycanın media gündəminin aktual əhəmiyyət kəsb edən ictimai məzmunlu məsələlərinin müzakirəsini hədəfləyən Forum dövlət-media dialoqunu formalaşdıran səmərəli platforma kimi fəaliyyət göstərməkdədir. O diqqətə çatdırıb ki, media və kommunikasiya fəaliyyətinin müasir formada təşkil edilməsinin nəticəsidir ki, Azərbaycana qarşı qarayaxma kampaniyaları aparan tərəflərin həqiqi niyyətləri yerli mediada operativ formada ifşa olunur, cəmiyyətdə neqativ xəbər axınına qarşı dayanıqlı təbii müqavimət – informasiya immuniteti gücləndirilir. Tədbirdə çıxış edən Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva vurğulayıb ki, insan hüquqları cəmiyyətin inkişafında əsas dayaqlardan biri olmaqla, hüquqi dövlət quruculuğunun təməl prinsiplərindən biridir. Bu prinsiplərin qorunması və vətəndaşların hüquqlarının müdafiəsi sahəsində medianın cəmiyyəti informasiya ilə təminetmə və ictimaiyyəti maarifləndirmə funksiyası xüsusi rol oynayır”.

Sonra xəbərdə, “Ali Məhkəmənin Mülki Kollegiyasının sədri, Məhkəmə Hüquq Şurasının üzvü Sənan Hacıyev bildirib ki, məhkəmə-hüquq islahatlarının düzgün təqdim olunması, hüquqi termin və prosedurların ictimaiyyətə aydın şəkildə çatdırılması, eyni zamanda, ictimai rəyin sağlam əsaslarda formalaşdırılması məhz media ilə məhkəmə orqanları arasında peşəkar əlaqələrə əsaslanan əməkdaşlıqdan keçir. Konstitusiya Məhkəməsinin hakimi Kamran Şəfiyev vurğulayıb ki, bu ilin “Konstitusiya və Suverenlik İli” elan olunması cəmiyyətin hüquqi maariflənməsi və konstitusiya dəyərlərinin qorunması istiqamətinə diqqəti daha da artırır, bu kontekstdə media vasitəsilə hüquqi informasiyanın cəmiyyətə dolğun, şəffaf və düzgün şəkildə ötürülməsi, vətəndaşların hüquqi məlumatlara çıxış imkanlarının genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır”.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov diqqətə çatdırıb ki, rəqəmsallaşma müasir cəmiyyətin inkişaf dinamikasında mühüm rol oynayır. Bu proses təkcə texnoloji sahələri deyil, informasiya dövriyyəsini, ictimai münasibətləri və vətəndaşların dövlətlə əlaqə imkanlarını da köklü şəkildə dəyişməkdədir, bu dəyişikliklər media və dövlət münasibətlərində yeni çağırışlar və imkanlar yaradır.

Qeyd edək ki, Forum “Konstitusiya və Suverenlik İli”ndə media gündəmi”, “Nəqliyyat infrasturukturunda davamlı həllər media müstəvisində”, “Təhlükəsiz rəqəmsal media mühiti: məlumatlı istifadəçilər” mövzularında panel sessiyalarla davam edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.