BAYRAQDAR MEDİA – Kars valisi Ziya Polat Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurasının (TÜBİTAK) Elm və Cəmiyyətinin sədri Ömer Kökçamı ofisində qəbul edib.
Bu barədə karsmanset.com saytı məlumat yayıb.
Məlumata görə, görüşdə Karsda yaradılması planlaşdırılan Elm Mərkəzi ilə bağlı işlər müzakirə edilib: “Valilikdə keçirilən qəbulda Elm Mərkəzi layihəsinin Qarsın təhsil və elm infrastrukturuna verdiyi töhfələr vurğulanıb. Vali Ziya Polat elmi düşüncəni inkişaf etdirmək və gəncləri elmə tanıtmaq məqsədi daşıyan bu layihəni böyük həvəslə dəstəklədiklərini bildirib”.
Məlumata görə, TÜBİTAK Elm və Cəmiyyət Başçısı Ömər Kökçam Karsda qurulacaq Elm Mərkəzinin həm tələbələr, həm də ictimaiyyət üçün əhəmiyyətli bir təhsil və kəşf sahəsi olacağını vurğulayıb.
İlk şərhi yaza bilərsiniz