BAYRAQDAR MEDİA – 53 yaşlı pasiyent 14.04.2025-ci il tarixində “Düz bağırsaq törəməsi, bağırsaq qanaxması” diaqnozu ilə Kliniki Tibbi Mərkəzə (KTM) qəbul olunub. Müvafiq hazırlıq mərhələsindən sonra xəstəyə intubasion narkoz altında laparoskopik düz bağırsağın ön rezeksiyası, kolo-rektoanastomozun qoyulması və preventiv ileostoma əməliyyatı icra edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya KTM-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “Ümumi Cərrahiyyə şöbəsinin müdiri Nazim Həsənovun icra etdiyi, həkim-cərrahlar Leyla Allahverdiyeva və Maya Xudiyevanın iştirakı ilə baş tutan əməliyyat uğurla tamamlanıb. Əməliyyatdan sonrakı dövr Cərrahi Reanimasiya və Ümumi Cərrahiyyə şöbəsində davam etdirilib, xəstəyə zəruri müalicələr tətbiq olunub”.
Uğurlu əməliyyat və müalicə prosedurlarından sonra xəstənin vəziyyəti stabilləşib və qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıb.
İlk şərhi yaza bilərsiniz